Geri

17 iyun 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 5 kv.m sahədə və mətbəx mebeli 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyun 2016-cı il saat 18:00-dək, ilkin məlumata əsasən

Biləsuvar rayonu, Yuxarı Ağalı kəndində vətəndaşa məxsus ərazidə 15 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı pambıq sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Şıx Salahlı kəndində vətəndaşa məxsus ərazidə 0,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanmışdır. Taxıl sahəsini qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyun 2016-cı il saat 17:15-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Alekseyevka kəndində “VAZ” markalı avtomobilin su kanalına aşması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, avtomobildə olan 4 nəfər vətəndaş xilasedicilər çatana kimi təhlükəsiz əraziyə çıxmışlar. Yanğınsöndürən-xilasedicilər avtomobili kanaldan çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.Əməliyyat saat 16:30-da başa çatmışdır.​

Geri

17 iyun 2016-cı il saat 13:50-dək, ilkin məlumata əsasən

Ucar rayonu, Qazyan kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqlı  evin  yanar konstruksiyaları və ev  əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyun 2016-cı il saat 13:00-dək, ilkin məlumata əsasən

Lənkəran rayonu, Qumbaşı kəndində vətəndaşa məxsus 1 ha biçilməmiş taxıl sahəsi, 500 kv.m pomidor sahəsi və 1 ha  sahədə kol-kos yanmışdır. Taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.  Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyun 2016-cı il saat 12:15-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:07-də başa çatmışdır.​

Geri

17 iyun 2016-cı il saat 07:30-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Bığır kəndində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m tövlənin çardağının yanar konstruksiyaları və içərisində olan 1 ton ot tayası yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyun 2016-cı il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonunda mənzildə 3 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:19-da başa çatmışdır.

Geri

17 iyun 2016-cı il saat 02:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:46-da başa çatmışdır.