Geri

23 aprel 2016-cı il saat 11:00-dək, ilkin məlumata əsasən:

Zaqatala şəhərində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

23 aprel 2016-cı il saat 10:30-dək, ilkin məlumata əsasən:

İlkin məlumata əsasən Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilmişdir. Əlavə məlumat veriləcək.

Geri

23 aprel 2016-cı il saat 08:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda 10 kv.m sahədə məişət tullantıları yanmış və yüksək temperaturdan yaxınlıqdakı ofisin xarici divarına quraşdırılmış kondisionerin mühərrik hissəsi ərimişdir. Yaxınlıqdakı mağaza və ofis yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

23 aprel 2016-cı il saat 00:00-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonu, Birinci Şahsevən kəndində transformatorun sarğıları, kabelləri və daxilindəki yağı yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.