Geri

02 fevral 2016-cı il saat 13:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:39-da başa çatmışdır.

Geri

02 fevral 2016-cı il saat 10:25-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 126 kv.m olan üçmərtəbəli 5 otaqlı evin mətbəxində soyuducu və şkaf 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 fevral 2016-cı il saat 03:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin hamamında, şaxtanın içərisində 0.5 p.m plastik boru və 1 kv.m sahədə məişət tullantıları yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:26-a yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 1 otaqlı evin 80 kv.m dam örtüyü və ev əşyaları  yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu şəhərində, inzibati binanın ərazisində ümumi sahəsi 26 kv.m olan gözətçi otağında quraşdırılmış 1 ədəd su qızdırıcısı və taxta çərçivə 1 kv.m sahədə yanmışdır. Otağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.