Geri

02 fevral 2016-cı il saat 03:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin hamamında, şaxtanın içərisində 0.5 p.m plastik boru və 1 kv.m sahədə məişət tullantıları yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:26-a yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 1 otaqlı evin 80 kv.m dam örtüyü və ev əşyaları  yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu şəhərində, inzibati binanın ərazisində ümumi sahəsi 26 kv.m olan gözətçi otağında quraşdırılmış 1 ədəd su qızdırıcısı və taxta çərçivə 1 kv.m sahədə yanmışdır. Otağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.