Geri

13 fevral 2016-cı il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 4 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:28-də başa çatmışdır.

Geri

13 fevral 2016-cı il saat 02:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Qazax şosesinin 479–cu km-də yol nəqliyyat qəzası barədə məlumat daxil olmuşdur. Qəza zamanı “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə cırpılmışdır. Yanğınsöndürən-xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun cəsədini və müxtəlif bədən xəsarətləri almış digər sərnişini avtomobildən cıxararaq aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 00:09-da başa çatmışdır;

Quba rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan 1 otaqli evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.