Geri

13 fevral 2016-cı il saat 02:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Qazax şosesinin 479–cu km-də yol nəqliyyat qəzası barədə məlumat daxil olmuşdur. Qəza zamanı “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə cırpılmışdır. Yanğınsöndürən-xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun cəsədini və müxtəlif bədən xəsarətləri almış digər sərnişini avtomobildən cıxararaq aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 00:09-da başa çatmışdır;

Quba rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan 1 otaqli evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.