Geri

12 fevral 2016-cı il saat 23:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "İVECO" markalı yük avtomobilinin salonunda idarəetmə lövhəsi yanmışdır. Avtomobilin  qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m vaqon tipli evin tavanı 4 kv.m sahədə yanmışdır. Vaqonunun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 fevral 2016-cı il saat 18:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:34-də başa çatmışdır.

Geri

12 fevral 2016-cı il saat 16:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:24-də başa çatmışdır.

Geri

12 fevral 2016-cı il saat 16:00-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Xırmandalı kəndidə vətəndaşa məxsus fermanın ərazisində 12 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonunda 1200 kv.m açıq sahədə qamışlıq yanmış və yaxınlıqda yerləşən hazırda fəaliyyət göstərməyən “Elektrik məişət avadanlıqları” zavodunun ərazisində ümumi sahəsi 210 kv.m olan köməkçi tikilinin alkopandan ibarət üzlüyü 16 kv.m sahədə ərimişdir. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 fevral 2016-cı il saat 13:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1950-ci il təvəllüdlü Jiqalkin Valeriy Valentinoviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:49-da başa çatmışdır.

Geri

12 fevral 2016-cı il saat 13:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 12:00-da başa çatmışdır.

Geri

12 fevral 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evində termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 00:00-da başa çatmışdır.