Geri

11 fevral 2016-cı il saat 12:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 490 kv.m olan birmərtəbəli 5 fərdi yaşayış evinin yanar konstruksiyaları 452 kv.m sahədə yanmışdır. Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 fevral 2016-cı il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:06-da başa çatmışdır.

Geri

11 fevral 2016-cı il saat 10:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 5 ədəd fərdi yaşayış evində yanğın baş vermişdir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının qüvvələri cəlb olunmuşdur. Yanğın saat 09:10-da söndürülmüşdür. Əlavə məlumat veriləcək.

Geri

11 fevral 2016-cı il saat 08:15-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus inşaat malları mağazasının reklam lövhəsi yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 fevral 2016-cı il saat 07:35-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 07:14-də başa çatmışdır.​

Geri

11 fevral 2016-cı il saat 03:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 21:10-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 23:15-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 02:30-da başa çatmışdır.​

Geri

11 fevral 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 64 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.