Geri

01 fevral 2016-cı il saat 22:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 22:25-də başa çatmışdır.

Geri

01 yanvar 2016-cı il saat 21:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və uşağı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:52-də başa çatmışdır.

Geri

01 fevral 2016-cı il saat 17:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 16:00-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və uşaqları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:07-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 17:30-da başa çatmışdır.

Geri

01 fevral 2016-cı il saat 15:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində pilləkən qəfəsində istifadəyə yararsız 1 ədəd divan 2 kv.m sahədə yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Qazaxbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları və dam örtüyü 90 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 4080 kv.m olan ikimərtəbəli 3 saylı orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 18 kv.m olan sinif otağının döşəməsi 2 kv.m sahədə yanmışdır. Sinif otağının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 fevral 2016-cı il saat 09:30-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Qaysa kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 24 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 fevral 2016-cı il saat 08:15-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Qaysa kəndində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan qarajin dam örtüyü və içərisində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Qaraja bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 fevral 2016-cı il saat 04:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 01:50-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 03:15-də başa çatmışdır.

Geri

01 fevral 2016-cı il saat 01:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:01-də başa çatmışdır.

Geri

01 fevral 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumaqyıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1938-cı il təvəllüdlü Jarkova Lidiya Yakovlevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:05-də başa çatmışdır.