Geri

29 dekabr 2016-cı il saat 17:50-dək, ilkin məlumata əsasən:

İlkin məlumata əsasən yerli vaxtla saat 17:01:51-də Lənkərandan 16 km qərbdə Lerik rayonu ərazisində, episentrdə  13 km dərinlikdə 4 bal gücündə zəlzələ qeydə alınmışdır. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunmuşdur. Dağınti və təlafat qeydə alinmayıb.

Geri

29 dekabr 2016-cı il saat 17:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda yarımçıq tikilidən 1 nəfərin cəsədini çıxarmaq üçün köməyə ehtiyac olması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şəxsiyyəti məlum olmayan kişi cəsədini tikilinin içərisindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:22-də başa çatmışdır;

Saatlı rayonu, Qara Nuru kəndində vətəndaşa məxsus ümümi sahəsi 160 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşları 80 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 dekabr 2016-cı il saat 16:20-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Qovlar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 84 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları və içərinsində olan əşyalar yanmışdır. Tikiliyə bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 104 m2 birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı və işərisində olan ev əşyaları 13 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və evə bitişik köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 dekabr 2016-cı il saat 16:05-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Şərəfə kəndində vətəndaşa məxsus ümumi sahəsi 28 m2 olan birmərtəbəli 1 otaqlı evin çardağının yanar konstruksiyaları 10 m2 sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Aşağı Ağcakənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan vaqon tipli 2 otaqlı evin əşyaları və otağının döşəməsi 26 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 dekabr 2016-cı il saat 12:30-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonu, Zövlə kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və mətbəxin tavanı 3 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 dekabr 2016-cı il saat 10:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:31-də başa çatmışdır.

Geri

29 dekabr 2016-cı il saat 08:45-dək, ilkin məlumata əsasən:

Oğuz rayonu, Bucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 dekabr 2016-cı il saat 08:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 23:00-da başa çatmışdır.  

Geri

29 dekabr 2016-cı il saat 05:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:08-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 04:52-də başa çatmışdır.  

Geri

29 dekabr 2016-cı il saat 03:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli taxta konstruksiyalardan ibarət köməkçi tikili yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan dəmir qapı-pəncərə sexinin yanar konstruksiyaları yanmışdır. Bitişik ümumi sahəsi 120 m2 olan taxta sexi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 dekabr 2016-cı il saat 00:40-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Əhmədağalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 338 m2 olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 318 m2 səhədə və bitişik ümumi sahəsi 78 m2 olan talvar yanmışdır. Evin qalan hissəsi və evə bitişik tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.