Geri

29 dekabr 2016-cı il saat 03:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli taxta konstruksiyalardan ibarət köməkçi tikili yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan dəmir qapı-pəncərə sexinin yanar konstruksiyaları yanmışdır. Bitişik ümumi sahəsi 120 m2 olan taxta sexi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 dekabr 2016-cı il saat 00:40-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Əhmədağalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 338 m2 olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 318 m2 səhədə və bitişik ümumi sahəsi 78 m2 olan talvar yanmışdır. Evin qalan hissəsi və evə bitişik tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.