Geri

20 dekabr 2016-cı il saat 10:30-dək, ilkin məlumata əsasən:

Ağdaş rayonunda vətəndaşa məxsus ümumi sahəsi 9 m2 olan bərbərxananın dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanmışdır. Bərbərxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 dekabr 2016-cı il saat 08:15-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Bağbanlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan köməkçi tikilinin tavanı 12 m² sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 dekabr 2016-cı il saat 06:00-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Qazma kəndində vətəndaşa məxsus ümumi sahəsi 68 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:30-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 dekabr 2016-cı il saat 01:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:26-da başa çatmışdır.