Geri

19 dekabr 2016-cı il saat 19:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:45-də başa çatmışdır.

Geri

19 dekabr 2016-cı il saat 18:30-dək, ilkin məlumata əsasən:

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 117 m² olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 1-ci mərtəbədə mətbəx 15 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otaqı 100 m² sahədə və evə bitişik ümumi sahəsi 30 m² olan talvar yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 dekabr 2016-cı il saat 13:45-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Kəpənəkçi kəndində vətəndaşa məxsus ümumi sahəsi 16 m² olan qazanxananın lambirdən ibarət tavanı yanmışdır. Qazanxananın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 dekabr 2016-cı il saat 13:00-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 m² olan yeməkxananın tavanı 10 m² sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 103 m² olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanmışdır. Hadisə zamanı 5-ci mərtəbədə 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilmişdir. Yanğın zamanı qatı tüstülənmədən 1 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 dekabr 2016-cı il saat 08:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhər, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında 6 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 dekabr 2016-cı il saat 02:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri  yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23.37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, dəhlizi 23 m2 və aynabənd 10 m2 sahədə yanmışdır. Yüksək temperaturdan mətbəxin, hamamın, lambirindən ibarət tavanı 10 m2 sahədə və 2 ədəd plastik qapi ərimişdir. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğından mənzilin qalan hissəsi və qonşu mənzillər mühafizə olunmuşdur. Yanğın saat 00.33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.