Geri

19 dekabr 2016-cı il saat 13:00-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 m² olan yeməkxananın tavanı 10 m² sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 103 m² olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanmışdır. Hadisə zamanı 5-ci mərtəbədə 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilmişdir. Yanğın zamanı qatı tüstülənmədən 1 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 dekabr 2016-cı il saat 08:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhər, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında 6 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 dekabr 2016-cı il saat 02:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri  yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23.37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, dəhlizi 23 m2 və aynabənd 10 m2 sahədə yanmışdır. Yüksək temperaturdan mətbəxin, hamamın, lambirindən ibarət tavanı 10 m2 sahədə və 2 ədəd plastik qapi ərimişdir. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğından mənzilin qalan hissəsi və qonşu mənzillər mühafizə olunmuşdur. Yanğın saat 00.33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.