Geri

18 dekabr 2016-cı il saat 14:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhər, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhər, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 2–ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilmişdir. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 dekabr 2016-cı il saat 13:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 12:08-də başa çatmışdır.

Geri

18 dekabr 2016-cı il saat 08:50-dək, ilkin məlumata əsasən:

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 17 m2 olan qarajın dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə yanmışdır. Qarajın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda “ANT MMC” tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 6 p.m kabel yanmışdır. Digər elektrik lövhəsində 15 ədəd sayğac yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 dekabr 2016-cı il saat 01:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:14-də başa çatmışdır.