Geri

11 dekabr 2016-cı il saat 21:30-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Gülməmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları 20 m² sahədə və talvarın altına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik şitində 6 ədəd elektririk sayğacı yanmışdır. Digər elektrik sayğaclar və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 dekabr 2016-cı il saat 20:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:43-də başa çatmışdır.

Geri

11 dekabr 2016-cı il saat 19:45-dək, ilkin məlumata əsasən:

Bərdə rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 21 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 dekabr 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:

Füzuli rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamsının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

11 dekabr 2016-cı il saat 17:15-dək, ilkin məlumata əsasən:

Füzuli rayonunda vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 450 m² olan ikimərtəbəli 9 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, 2-ci mərtəbəsində 2 otağının yanar konstruksiyaları 36 m² və 1-ci mərtəbəsində 1 otağının tavanı 24 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafzə olunmuşdur. Yanğın saat 16:39-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 dekabr 2016-cı il saat 16:30-dək, ilkin məlumata əsasən:

İsmayıllı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 2,5 ton ot bağlamsının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Aşağı Göynük kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 dekabr 2016-cı il saat 16:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbayıl rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:29-da başa çatmışdır.

Geri

11 dekabr 2016-cı il saat 15:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:34-də başa çatmışdır.

Geri

11 dekabr 2016-cı il saat 07:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda intihar hadisəsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq hündürmərtəbəli binadan avtomobilin üzərinə düşən şəxsiyyəti məlum olmayan cəsədi götürərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:48-də başa çatmışdır.

Geri

11 dekabr 2016-cı il saat 06:55-dək, ilkin məlumata əsasən:

İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 dekabr 2016-cı il saat 05:45-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Kolayır kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 36 ton ot bağlamasının 16 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 dekabr 2016-cı il saat 04:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus bir dam altında yerləşən ümumi sahəsi 100 m2 olan sexlərin 15 m2 dam örtüyü , 5 m2 taxta arakəsmə və içərisinə yığılmış 15 m2 sahədə plastmas profil, 1 ədəd soyuducu yanmışdır. Sexlərin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan talvarın yanar konstruksiyaları və 10 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsivə yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 dekabr 2016-cı il saat 00:45-dək, ilkin məlumata əsasən:

Daşkəsən rayonu, Xoşbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kafenin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 130 m2 sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 dekabr 2016-cı il saat 00:15-dək, ilkin məlumata əsasən:

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və 6 p.m qamışdan ibarət çəpər yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.