Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbayıl rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:29-da başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:34-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda intihar hadisəsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq hündürmərtəbəli binadan avtomobilin üzərinə düşən şəxsiyyəti məlum olmayan cəsədi götürərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:48-də başa çatmışdır.
İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bərdə rayonu, Kolayır kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 36 ton ot bağlamasının 16 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus bir dam altında yerləşən ümumi sahəsi 100 m2 olan sexlərin 15 m2 dam örtüyü , 5 m2 taxta arakəsmə və içərisinə yığılmış 15 m2 sahədə plastmas profil, 1 ədəd soyuducu yanmışdır. Sexlərin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan talvarın yanar konstruksiyaları və 10 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsivə yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Daşkəsən rayonu, Xoşbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kafenin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 130 m2 sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və 6 p.m qamışdan ibarət çəpər yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.