Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:26-da başa çatmışdır.
Ağstafa rayonu, Köçəsgər kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlamasının 14 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qəbələ rayonu, Nic qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 24 m2 olan yardımçı tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 40 m2 olan talvarın yanar konstruksiyaları yanmışdır. Tikiliyə bitişik digər tikililər və ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 13:30-da başa çatmışdır.
Füzuli rayonu, Alanqalan kəndində vətəndaşa məxsus pambıq sahəsində yığılmış 200 kq pambıq tayasının 100 kq-ı yanmışdır. Pambıq tayasının qalan hissəsi və sahə yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Kür qəsəbəsində "Azərişıq" ASC-yə məxsus, gücü 400 kVt olan transformatorun yağ çənindən ətrafa sızan yağ 1 m2 və çıxış kabelləri 2 p.m. yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 1 otağın yanar konstruksiyaları, ev əşyaları 40 m² sahədə yanmış və yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 6 m² sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan çay evinin zirzəmisində 1 otağın yanar konstruksiyaları və içərisində olan əşyalar 4 m² sahədə yanmışdır. Çay evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 162 m² olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin eyvanın tavanı 6 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 125 m² olan ərzaq maqazasının anbarında lambir və qamışdan ibarət tavanı 2 m² sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.