Geri

04 oktyabr 2016-cı il saat 18:30-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Qaradırnaq kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 11 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Hacıəlibəy kəndində hər mərtəbəsi 432 m2 olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 4 otaqlı mənzildə əlavə tikilmiş sahəsi 30 m2 olan 1 otağın yanar konstruksiyaları və binanın dam örtüyü 60 m2 sahədə yanmışdır. Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 oktyabr 2016-cı il saat 17:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 15:38-də başa çatmışdır.

Geri

04 oktyabr 2016-cı il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 4 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:01-də başa çatmışdır.

Geri

04 oktyabr 2016-cı il saat 05:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayışın baş verməsi və 1 nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər dağıntılar altında qalmış 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:14-də başa çatmışdır.