Geri

04 oktyabr 2016-cı il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 4 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:01-də başa çatmışdır.

Geri

04 oktyabr 2016-cı il saat 05:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayışın baş verməsi və 1 nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər dağıntılar altında qalmış 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:14-də başa çatmışdır.