Geri

03 oktyabr 2016-cı il saat 23:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 23:10-da başa çatmışdır.

Geri

03 oktyabr 2016-cı il saat 22:50-dək, ilkin məlumata əsasən:

Şəki rayonu, Kiçik Dəhnə kəndində bələdiyyəyə məxsus ərazidə 300 ha sahədə kol-kos və otlaq sahə yanmışdır. Digər sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 oktyabr 2016-cı il saat 20:15-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Püştətala kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına və içərisinə yığılmış 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 oktyabr 2016-cı il saat 18:20-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Kələntərli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqda tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 17 m2 sahədə yanmış, yüksək temperaturdan eyvanın plastik pəncərələri qarsalanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 oktyabr 2016-cı il saat 12:40-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonu, Seyidli kəndində vətəndaşa məxsus ümumui sahəsi 40 m2 olan talvarın yanar konstruksiyaları 10 m2 sahədə və altına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının və talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "Azərişıq" ASC-yə məxsus 213 saylı yarımstansiyanın ərazsində quraşdırılmış gücü 10000 kVt olan transformatorun giriş-çıxış kabeliləri 4 p.m yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 oktyabr 2016-cı il saat 11:35-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 10:42-də başa çatmışdır.​

Geri

03 oktyabr 2016-cı il saat 09:35-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda “Azərişıq” ASC-yə məxsus  “UAZ” markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 31 ədəd elektrik sayğacı və 2 ədəd sürətçıxardan yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 oktyabr 2016-cı il saat 07:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nizami rayonunda “SOCAR”-ın Nəqliyyat İdarəsinin 1 saylı qarajının divarında quraşdırılmış 1 ədəd elektrik sayğacı, 5 p.m kabel və bitişik tikilmiş, vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 50 m² sahədə və 1 otağın, dəhlizin yanar konstruksiyaları 32 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 oktyabr 2016-cı il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:11-də başa çatmışdır.