Geri

03 oktyabr 2016-cı il saat 11:35-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 10:42-də başa çatmışdır.​

Geri

03 oktyabr 2016-cı il saat 09:35-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda “Azərişıq” ASC-yə məxsus  “UAZ” markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 31 ədəd elektrik sayğacı və 2 ədəd sürətçıxardan yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 oktyabr 2016-cı il saat 07:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nizami rayonunda “SOCAR”-ın Nəqliyyat İdarəsinin 1 saylı qarajının divarında quraşdırılmış 1 ədəd elektrik sayğacı, 5 p.m kabel və bitişik tikilmiş, vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 50 m² sahədə və 1 otağın, dəhlizin yanar konstruksiyaları 32 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 oktyabr 2016-cı il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:11-də başa çatmışdır.