Tərtər rayonu, Borsunlu kəndində vətəndaşa məxsus həyətyanı sahədə 180 m2 olan dəmirdən ibarət talvarın altına yığılmış 14 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "OPEL" markalı minik avtomobilin mühərrikinin yanar hissələri yanmış, yüksək temperaturdan yaxınlıqda dayanmış "MİTSUBİSHİ" markalı minik avtomobilin sol qabaq qapısının üzlüyü qismən qarsalanmışdır. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu, Çaylı kəndi ərazisində "MERCEDES " markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olumuşdur. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanmışdır. Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri almış, sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:09-da başa çatmışdır;
Ağdaş rayonu, Yuxarı Ləki kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 10 m2 sahədə yanmışdır. Tövlənin qalan hissəsi və çardağına yığılmış ot bağlaması yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 00:28-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:56-da başa çatmışdır.