Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, 04.01.2016-cı il təxminən, saat 10:30 radələrində Balakən şəhərində “Azəryem Sənaye MMC”-ə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə nəticəsində yanğın baş verməmişdir. Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.
Tərtər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Binədqədi rayonunda vətəndaşa məxsus "HYUNDAİ" markalı minik avtomobilinin yanar hissələri və yaxınlıqdakı vətəndaşa məxsus ikimərtəbəli evin çöl divarına quraşdırılmış 1 ədəd elektrik və 1 ədəd qaz sayğacı yanmışdır. Yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Zaqatala rayonu, Aşağı Tala kəndəndə vətəndaşa məxsus ümumu sahəsi 65 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin içərisinə yığılmış 17 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Xaçmaz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının pəncərə çərçivəsi 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz rayonu, Canaxır kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m birmərtəbəli 6 otaqlı evin eyvanının tavanı 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.