İsmayıllı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndində 0.5 kv.m sahədə xalça və bir otağında 1 ədəd çarpayı örtüyü yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Sumqayit şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan vaqon tipli 3 otaqlı evin taxta üzlüyü və əşyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Yasamal rayonunda ümumi həyə:tdə tikilmiş sahəsi 2 kv.m olan hamamım dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxılıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:53-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Samux rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Neftçala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan 2 otaqlı mənzilin bir otağında 8 kv.m sahədə ev əşyaları yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Goranboy rayonu, Safikürd kəndində vətəndaşa məxsus 60 ton ot bağlaması yanmışdır. Yaxınlıqda olan ot bağlamaları yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 415 kv.m olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 270 kv.m sahədə və içərisində olan tikinti materialları malları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Neftçala rayonu, Kürkənd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1050 kv.m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 36 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan mətbəxin tavanı 12 kv.m sahədə qarsalanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz rayonu, Susayqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin dam örtüyü 6 kv.m sahədə, tövləyə bitişik ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları 8 kv.m sahədə və talvarın altına yığılmış 600 kq ot bağlamasının 200 kq yanmışdır. Tövlənin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.