Geri

29 yanvar 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 17:12-də başa çatmışdır.

Geri

29 yanvar 2016-cı il saat 17:00-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda “Səba” quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 2900 kv.m olan sexin yanar konstruksiyaları 2100 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirmiş və sursatın top mərmisi olduğu müəyyən edilmişdir. Mərmini xüsusi ayrılmış ərazidə zərərsizləşdirmişlər. Əməliyyat saat 15:55-də başa çatmışdır.

Geri

29 yanvar 2016-cı il saat 16:25-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı qonşu evləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 yanvar 2016-cı il saat 13:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 12:00-da başa çatmışdır.

Geri

29 yanvar 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 12 kv.m olan dəmir konstruksiyalardan ibarət qarajın içərisində “VAZ” markalı minik avtomobilinin qabaq hissəsi və salonu yanmışdır. Avtomobilin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 yanvar 2016-cı il saat 00:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:28-də başa çatmışdır.