Geri

29 yanvar 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 12 kv.m olan dəmir konstruksiyalardan ibarət qarajın içərisində “VAZ” markalı minik avtomobilinin qabaq hissəsi və salonu yanmışdır. Avtomobilin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 yanvar 2016-cı il saat 00:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:28-də başa çatmışdır.