Geri

28 yanvar 2016-cı il saat 23:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində sahibi məlum olmayan, ümumi sahəsi 800 kv.m olan ərazidə 20 kv.m sahədə taxta qəliblər yanmışdır. Digər taxta qəliblər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Mehdiabad-Balaxanı yolunda ümumi sahəsi 8 kv.m olan gözətçi köşkünün taxta döşəməsi 1 kv.m sahədə və içərisində olan 1 ədəd elektrik tənzimləyicisi yanmışdır. Köşkün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli, kürsülü 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2016-cı il saat 22:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 21:25-də başa çatmışdır.

Geri

28 yanvar 2016-cı il saat 17:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 14:00-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:45-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş, halsız vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:37-də başa çatmışdır.

Geri

28 yanvar 2016-cı il saat 16:00-dək, ilkin məlumata əsasən:

Qəbələ rayonu, Aydınqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə və damına yığılmış 1,2 ton ot bağlamasının 500 kq yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:20-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2016-cı il saat 12:30-dək, ilkin məlumata əsasən:

Bakı-Quba yolunun 27-ci kilometrliyi, Sumqayıt şəhəri ərazisində vətəndaşa məxsus "FORD" markalı yük avtomobilinin arxa təkərləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2016-cı il saat 09:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 kv.m və dam örtüyü 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2016-cı il saat 08:45-dək, ilkin məlumata əsasən:

Göyçay rayonunda vətəndaşa məxsus 240 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 110 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda rayonunda vətəndaşa məxsus olan “MAZ” markalı yük avtomobilin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2016-cı il saat 07:00-dək, ilkin məlumata əsasən:

Zərdab rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 3 otaqlı evin tüstü bacasının ətrafı 5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2016-cı il saat 00:45-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "DAEWOO" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.