Geri

27 yanvar 2016-cı il saat 19:00-dək, ilkin məlumata əsasən:

Salyan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin zirzəmisində istifadəyə yararsız taxta tullantıları 5 kv.m sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 yanvar 2016-cı il saat 16:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin zirzəmisində köhnə ev əşyaları 3 kv.m sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 yanvar 2016-cı il saat 14:15-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 36 kv.m sahədə və ev əşyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 yanvar 2016-cı il saat 14:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 13:00-da başa çatmışdır.

Geri

27 yanvar 2016-cı il saat 12:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 2 otaqlı mənzilin 1 otağının döşəməsi 6 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 1981-ci il təvəlüdlü Süleymanov İqbal Gəfərqulu oğlunun meyiti aşkar edilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli 3 otaqlı evdə tüstü bacasının ətrafı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 yanvar 2016-cı il saat 02:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qəbələ rayonu, Laza kəndinə yağan güclü qar nəticəsində yolda  avtomobilin 4 nəfərlə sürüşərək yolun kənarında qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 23:00-da başa çatmışdır.

Geri

27 yanvar 2016-cı il saat 01:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 2 otaqlı mənzilin 1 otağında arakəsmə divar 0.5 kv.m sahədə yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 yanvar 2016-cı il saat 01:15-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.