Geri

14 yanvar 2016-cı il saat 17:30-dək, ilkin məlumata əsasən:

Qax rayonu, İlisu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus istirahət mərkəzində ümumi sahəsi 225 kv.m olan birmərtəbəli 4 otaqlı mansard tipli kotecin 2 otağının tavanı və mansardının döşəməsi 50 kv.m sahədə yanmışdır. Kotecin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 yanvar 2016-cı il saat 16:30-dək, ilkin məlumata əsasən:

Ağstafa rayonu, Pirili kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus 30 ton ot bağlamasının 14 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 yanvar 2016-cı il saat 15:45-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin sahəsi 5 kv.m olan eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kv.m sahədə ev əşyaları yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdən 16 nəfər sakin  yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 yanvar 2016-cı il saat 13:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:40-da başa çatmışdır.

Geri

14 yanvar 2016-cı il saat 11:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:00-da başa çatmışdır.​

Geri

14 yanvar 2016-cı il saat 03:35-dək, ilkin məlumata əsasən:

İmişli rayonu, Məzrəli kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları 16 kv.m sahədə və altına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Pirallahı rayonunda ümumi sahəsi 35 kv.m olan qazanxanada divara quraşdırılmış 4 ədəd elektrik açarı yanmış və yüksək temperaturdan qazanxanada olan plastik əşyalar qismən ərimişdir. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Xolmili kəndində (rayon mərkəzindən 14 km aralı) ümumi sahəsi 120 kv.m olan binanın 1 otağının tavanı 20 kv.m sahədə yanmış və yüksək temperaturdan otaqda olan avadanlıqların naqilləri qismən ərimişdir. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.