Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:31-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:01-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:16-da başa çatmışdır.
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Biləsuvar rayonu, Səmədabad kəndində ümumi sahəsi 78 kv.m olan tövlənin içərisinə yığılmış 8 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:01-də başa çatmışdır.
Sumqayıt şəhərində ümumi sahəsi 60 kv.m olan istifadəyə yararsız tikilinin içərisində 3 kv.m sahədə məişət tullantıları yanmışdır. Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan birmərtəbəli 6 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 45 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 6 kv.m olan elektrik otağında kondisioner sisteminin 1 ədəd qurğusu, 10 ədəd elektrik açarı və 2 kv.m sahədə tavan yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 3 kv.m sahədə yanmış və yüksək temperaturdan tavan 2 kv.m sahədə qarsalanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 10:30-da başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:38-də başa çatmışdır.
Səlyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan vaqondan ibarət bərbərxananın taxta üzlüyü və içərisində olan əşyalar yanmışdır. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sabirabad rayonu, Muğangəncəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 4 ton ot tayası yanmışdır. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Astara rayonu, Rüdəkəran kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Saatlı rayonu, Qıraqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd televizor və 1 ədəd DVD yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:51-də başa çatmışdır.