Geri

13 yanvar 2016-cı il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:38-də başa çatmışdır.​

Geri

13 yanvar 2016-cı il saat 07:30-dək, ilkin məlumata əsasən:

Səlyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan vaqondan ibarət bərbərxananın taxta üzlüyü və içərisində olan əşyalar yanmışdır. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Muğangəncəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 4 ton ot tayası yanmışdır. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 yanvar 2016-cı il saat 06:00-dək, ilkin məlumata əsasən:

Astara rayonu, Rüdəkəran kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 yanvar 2016-cı il saat 02:00-dək, ilkin məlumata əsasən:

Saatlı rayonu, Qıraqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd  televizor və 1 ədəd DVD yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 yanvar 2016-cı il saat 01:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:51-də başa çatmışdır.