Geri

12 yanvar 2016-cı il saat 17:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 16:50-də başa çatmışdır.

Geri

12 yanvar 2016-cı il saat 15:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:20-də başa çatmışdır.

Geri

12 yanvar 2016-cı il saat 14:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhərində, mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:08-də başa çatmışdır.

Geri

12 yanvar 2016-cı il saat 10:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:05-də başa çatmışdır.​

Geri

12 yanvar 2016-cı il saat 09:00-dək, ilkin məlumata əsasən:

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 12 Yanvar 2016-cı il tarixində Bakı vaxtı ilə saat 06:38-də Yardımlı rayonundan 20 km şimalda İran Respublikası ərazisində episentrdə 4.6 maqnitudda zəlzələ qeydə alınmışdır. Zəlzələ yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunmuşdur. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmamışdır.

Geri

12 yanvar 2016-cı il saat 08:15-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Qaysa kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 8 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Əlıqasımlı kəndində vətəndaşa məxsus 150 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonunda vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin salon hissəsi yanmışdır. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2016-cı il saat 03:30-dək, ilkin məlumata əsasən:

Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları yanmışdır. Qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2016-cı il saat 01:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Xətai  rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 22:30-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 00:00-da başa çatmışdır.