Geri

12 yanvar 2016-cı il saat 03:30-dək, ilkin məlumata əsasən:

Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları yanmışdır. Qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2016-cı il saat 01:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Xətai  rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 22:30-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 00:00-da başa çatmışdır.