Geri

11 yanvar 2016-cı il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:40-da başa çatmışdır.

Geri

11 yanvar 2016-cı il saat 09:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Neftçala rayonunda 1 nəfər çayın yanındakı bənddən sürüşərək batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 09:13-də başa çatmışdır.

Geri

11 yanvar 2016-cı il saat 09:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Gəncə şəhəri, Nizami rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 02:00-da başa çatmışdır.

Geri

11 yanvar 2016-cı il saat 07:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "MORRİS GARAGES" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran şəhərində vətəndaşa məxsus istifadəyə yararsız "RAF" markalı mikroavtobusun  yanar hissələri yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Geri

11 yanvar 2016-cı il saat 03:15-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Qaracəmirli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Otun qalan hissəsi və yaxınlıqdakı istixana yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Qaracəmirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan 16 ton ot bağlamasının 10 tonu yanmışdır. Otun qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.