Geri

01 yanvar 2016-cı il saat 02:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 2 otaqlı mənzilin eyvanında ev əşyaları, kitablar 5 kv.m sahədə və eyvanın qapısı yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Ulacalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 32 kv.m və döşəməsi 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin eyvanında şkaf, içərisindəki əşyalar 5 kv.m sahədə və eyvanın qapı-pəncərəsi yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.