Geri

30 sentyabr 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Bayramlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə kol-kos və quru ot yanmışdır. Yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər mənzilin giriş qapısını açaraq uşaqları xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:20-də başa çatmışdır;

Cəlilabad rayonu, Astanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m. olan talvarın yanar konstruksiyaları 48 kv.m. sahədə və altına yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır.Yanğından talvarın və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 15:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Moruqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otağlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 17:20-də başa çatmışdır.

Geri

30 sentyabr 2015-ci il saat 16:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda mənzildə 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşağı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:13-də başa çatmışdır.

Geri

30 sentyabr 2015-ci il saat 11:15-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Sərçuvar kəndində vətəndaşa məxsus ümumi sahəsi 1236 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 750 kv.m sahədə və içərisinə yığılmış 60 ton ot bağlamasının 50 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan birmərtəbəli, 4 otaq və aynabənddən ibarət evin bir otağının tavanı 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərində ümumi sahəsi 260 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Anbarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 08:48-də başa çatmışdır

Geri

30 sentyabr 2015-ci il saat 08:40-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Masazır kəndində sahibi məlum olmayan ümumi sahəsi 5 kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və ətrafında məişət tullantıları 20 kv.m. sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2015-ci il saat 03:10-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Mehrablı kəndində vətəndaşa məxsus “Belarus” markalı qoşqulu traktorun kabinə hissəsi və arxa sol təkəri yanmışdır. Traktorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2015-ci il saat 02:45-dək, ilkin məlumata əsasən:

Göranboy rayonu, Gürzallar kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 9 ton olan ot tayasının 5 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayon mərkəzində ümumi sahəsi 3434 kv.m.olan üçmərtəbəli orta məktəbin 2-ci mərtəbəsində yerləşən 18 kv.m.olan kitabxana otağında 2 ədəd elelktrik qızdırıcısı,1 ədəd elelktrik çayniki və 1 şkaf yanmışdır. Məktəb binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.