Geri

30 sentyabr 2015-ci il saat 08:40-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Masazır kəndində sahibi məlum olmayan ümumi sahəsi 5 kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və ətrafında məişət tullantıları 20 kv.m. sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2015-ci il saat 03:10-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Mehrablı kəndində vətəndaşa məxsus “Belarus” markalı qoşqulu traktorun kabinə hissəsi və arxa sol təkəri yanmışdır. Traktorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2015-ci il saat 02:45-dək, ilkin məlumata əsasən:

Göranboy rayonu, Gürzallar kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 9 ton olan ot tayasının 5 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayon mərkəzində ümumi sahəsi 3434 kv.m.olan üçmərtəbəli orta məktəbin 2-ci mərtəbəsində yerləşən 18 kv.m.olan kitabxana otağında 2 ədəd elelktrik qızdırıcısı,1 ədəd elelktrik çayniki və 1 şkaf yanmışdır. Məktəb binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.