Ağcabədi rayonu, Mehrablı kəndində vətəndaşa məxsus “Belarus” markalı qoşqulu traktorun kabinə hissəsi və arxa sol təkəri yanmışdır. Traktorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Göranboy rayonu, Gürzallar kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 9 ton olan ot tayasının 5 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ucar rayon mərkəzində ümumi sahəsi 3434 kv.m.olan üçmərtəbəli orta məktəbin 2-ci mərtəbəsində yerləşən 18 kv.m.olan kitabxana otağında 2 ədəd elelktrik qızdırıcısı,1 ədəd elelktrik çayniki və 1 şkaf yanmışdır. Məktəb binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.