Geri

29 sentyabr 2015-ci il saat 22:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılmış vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapısını açmış və 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:51-də başa çatmışdır.

Geri

29 sentyabr 2015-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:24-də başa çatmışdır

Geri

29 sentyabr 2015-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu ərazisində hərəkətdə olan "Moskviç" markalı avtomobilin üzərinə ağac aşmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişin, 1962-ci il təvəllüdlü Mahmudov Aslan Ağasəlim oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:20-də başa çatmışdır.

Geri

29 sentyabr 2015-ci il saat 15:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:04-də başa çatmışdır.

Geri

29 sentyabr 2015-ci il saat 15:20-dək, ilkin məlumata əsasən:

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2015-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Bədirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan köməkçi tiklinin yanar konstruksiyaları 42 kv.m sahədə və içərisinə yığılmış 12 ton ot bağlamasnın 3 tonu yanmışdır. Köməkçi tiklinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2015-ci il saat 11:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda 220 kvt-lıq transformatorun içərisində 6 ədəd elektrik sayğacı və ətrafında 20 kv.m sahədə quru ot yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2015-ci il saat 09:40-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin içərisinə yığılmış 2 ton buğda kəpəyinin 200 kq-mı yanmışdır. Buğda kəpəyinin qalan hissəsi və tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 6-cı mərtəbəsində 4 ədəd elektrik sayğacı və 1 p.m elektrik kabeli yanmışdır. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda gücü 4 kVt olan transformatorun yağı və çıxış kabelləri 10 p.m elektrik kabelləri yanmışdır. Yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2015-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Saatlı rayonu, Qarayel kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli, 2 otaqlı evin mətbəxinin tavanı 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2015-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər vətəndaşa müvafiq köməklik göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:01-də başa çatmışdır.