Geri

28 sentyabr 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Boyxanlı kəndində 1 ha biçilmiş taxıl sahəsi və 31 ədəd taxta dirəklər yanmışdır. Yaxınlıqdakı digər sahələr və dirəklər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Cavad kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 17 ton olan ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 sentyabr 2015-ci il saat 01:45dək, ilkin məlumata əsasən:

Quba şəhərində, bir çardaq altında yerləşən 4 ailəyə məxsus ümumi sahəsi 400 kv.m olan evin bir mənzili 60 kv.m sahədə tam, digər mənzilin dam örtüyü 60 kv.m, ona bitişik ümumi sahəsi 60 kv.m olan sexin 16 kv.m-i və talvar 44 kv.m sahədə yanmışdır. Evin və sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 sentyabr 2015-ci il saat 00:45-dək, ilkin məlumata əsasən:

Neftçala rayonu, Xol Qarabucaq kəndində 10 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınklıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 49 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və yaxınlığında yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Boyat kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3,5 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Bala Qusar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış 100 kq ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.  Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yataq otağında 1 ədəd döşək yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.