Geri

27 sentyabr 2015-ci il saat 23:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş ilkin məlumata əsasən, Quba şəhərində ümumyaşayış binasının mənzillərində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 50 kv.m olan mənzil, ona bitişik ümumi sahəsi 16 kv.m olan elektrik təmir sexi və 114 kv.m dam örtüyü yanmışdır. Əlavə məlumat veriləcəkdir.

Geri

27 sentyabr 2015-ci il saat 22:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1945-ci il təvəllüdlü Məmmədova Dilarə Mustafa qızı bağlı qapı arxasında qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar etmişlər. D.Məmmədovanın cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:25-də başa çatmışdır.

Geri

27 sentyabr 2015-ci il saat 21:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:40-da başa çatmışdır.

Geri

27 sentyabr 2015-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Bədirli kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 133 kv.m olan tövlənin içərisinə yığılmış 400 kq ot bağlamasının 200 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi və tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, İsmayıllı  kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1 ton ot bağlamasının 500 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 sentyabr 2015-ci il saat 19:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:48-də başa çatmışdır.

Geri

27 sentyabr 2015-ci il saat 18:30-dək, ilkin məlumata əsasən:

Gədəbəy rayonu, Zəhmətkənd kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlamasının 200 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus, hal-hazırda  fəaliyyət göstərməyən ümumi sahəsi 400 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları və fermanın ətrafında 230 kv.m sahədə quru ot, taxta yonqarı yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin salonunda elektrik naqili 1 p.m yanmışdır. Avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, İbrahimhacılı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:20-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 sentyabr 2015-ci il saat 17:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:45-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 13:40-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 16:30-da başa çatmışdır.

Geri

27 sentyabr 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:10-da başa çatmışdır.

Geri

27 sentyabr 2015-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində vətəndaşa məxsus 1 ha sahədə üzüm bağı yanmışdır. Ərazidə olan digər üzüm bağları yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan köməkçi tikilinin içərisinə yığılmış köhnə ev əşyaları 12 kv.m sahədə yanmışdır. Köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan qarajın damında 5 litrlik propan qaz balonundan sızan maye qaz və balonun başlıq hissəsi yanmışdır. Qaraj yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 sentyabr 2015-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:39-da başa çatmışdır.

Geri

27 sentyabr 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda vətəndaşa məxsus fermanın  həyətinə yığılmış 500 ton ot tayası yanmışdır. Yanğın zamanı fermada olan 122 baş iribuynuzlu heyvan xilas olunmuşdur. Yaxınlıqda olan fermalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 sentyabr 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirtmiş, yatmış vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 04:23-də başa çatmışdır.

Geri

27 sentyabr 2015-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndi ərazisində “HYUNDAI” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı arxa düşmüşdür. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər köməksiz vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarılmış və aidiyyatı üzrə təhvil verilmişdir. Əməliyyat saat 04:22-də başa çatmışdır;

Zaqatala rayonu, Aşağı Tala kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 6 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 sentyabr 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Astara rayonu, Şiyəkəran kəndində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan tövlənin yanar konstruksiyaları 35 kv.m və damına yığılmış 1 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.