Geri

16 sentyabr 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində, vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda yarımstansiyanın ərazisində gücü 35 kVt olan transformator yanmışdır. Yaxınlıqdakı digər transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 sentyabr 2015-ci il saat 03:15-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində (rayon mərkəzindən 12 km aralı) 10 ha quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu Aygünlü kəndində (rayon mərkəzindən 17 km aralı) 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24 kv.m olan meyvə-tərəvəz satışı mağazasının köməkçi otağında 0,5 kv.m sahədə lambirdən ibarət divar üzlüyü yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Ceyrançöl qəsəbəsində 10 ha sahədə kol-kos və quru ot yanmışdır. Yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 sentyabr 2015-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:53-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 00:10-da başa çatmışdır.