Geri

15 sentyabr 2015-ci il saat 17:45-dək, ilkin məlumata əsasən:

Şəmkir şəhərində, vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyası və ev əşyaları yanmışdır. Evin dam örtüyü yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 sentyabr 2015-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Salyan rayonu, Kür Qaraqaşlı kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,4 ton ot bağlamasının 1,4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 sentyabr 2015-ci il saat 13:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:25-də başa çatmışdır.

Geri

15 sentyabr 2015-ci il saat 12:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:06-da başa çatmışdır.

Geri

15 sentyabr 2015-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonunda vətəndaşa məxsus fermanın ərazisində 50 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Nuran kəndində kənd bələdiyyəsinə məxsus qışlaq ərazidə 150 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 47 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Bico kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus "Naz-Lifan" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 1 otaqlı evin yanar konstruksiyaları 37 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından muhafizə olunmuşdur. Yanğın saat 02:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.