Salyan rayonu, Kür Qaraqaşlı kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,4 ton ot bağlamasının 1,4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:25-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:06-da başa çatmışdır.
Ağcabədi rayonunda vətəndaşa məxsus fermanın ərazisində 50 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağsu rayonu, Nuran kəndində kənd bələdiyyəsinə məxsus qışlaq ərazidə 150 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 47 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağsu rayonu, Bico kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində vətəndaşa məxsus "Naz-Lifan" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 1 otaqlı evin yanar konstruksiyaları 37 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından muhafizə olunmuşdur. Yanğın saat 02:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.