Geri

14 sentyabr 2015-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunmuşdur. Əməliyyat saat 17:18-də başa çatmışdır.

Geri

14 sentyabr 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 12:10-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 14:30-da başa çatmışdır.

Geri

14 sentyabr 2015-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

İmişli rayonu, Hacırüstəmli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 13 ton ot bağlamasının 5 tonu və yaxınlıqda yerləşən ümumi sahəsi 20 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Təzəkənd kəndində ümumi sahəsi 1561 kv.m olan birmərtəbəli 18 sinifdən ibarət olan orta məktəbin sahəsi 15 kv.m olan direktor otağının yanar konstruksiyaları yanmışdır. Məktəbin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonunda ümumi sahəsi 1000 kv.m olan hal-hazırda fəaliyyət göstərməyən toxuculuq sexinin içərisində 1 ədəd istismara yararsız dəzgahın yanar hissələri yanmışdır. Sex və digər dəzgahlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2015-ci il saat 00:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:05-də başa çatmışdır.

Geri

14 sentyabr 2015-ci il saat 00:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda fərdi yaşayış evində termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 23:20-də başa çatmışdır.