Şamaxı rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı ev sahibi əl-üz nahiyyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 kv.m sahədə, 1 otağın yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Kürdəmir rayonu, Topalhəsənli kəndində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 10 kv.m olan qamışdan ibarət köməkçi tiklili və bitşik yığılmış ümumi cəkisi 1.5 ton ot bağlamasının 0.5 tonu yanmışdır. Yaxnlıqdakı tiövlə yanğından mühafizə olumuşdur. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:21-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:00-da başa çatmışdır.
Ağcabədi rayonunda Salmanbəyli kəndində 35/10 kVt olan yarımstansiyada 1 ədəd gücü 4 kVt olan transformatorun yağı, sarğıları və ətrafına dağılmış yağ qalıqları 10 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı 2 ədəd transformatorlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Hacıqabul rayonunda vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 12 kv.m olan yardımçı tikilinin damına yığılmış 1.2 ton ot bağlamasının 600 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi və tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:42-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfər batmışdır. Hadisə yerinə Nazirliyin xilasediciləri cəlb edilmiş və axtarışlara başlanılmışdır. Əlavə məlumat veriləcək.
Xaçmaz rayonu, Digahoba kəndində vətəndaşa məxsus həyəyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:00-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Quba rayonu, Alekseyevka kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 4 ton ot bağlmasının 1,5 tonu yanmışdır. Ot bağlmasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Aşağı Seyfəli kəndində (rayon mərkəzindən 15 m aralı) vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavanı 30 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Kürdəmir rayonu, Topalhəsənli kəndində (rayon mərkəzindən 15 km aralı) kənd bələdiyyəsinə məxsus 7 ha sahədə quru ot və kol-kos yanmışdır. Ərazidəki ferma yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Cəlilabad rayonunda (rayon mərkəzindən 48 km aralı, dağlıq ərazi) 20 ha sahədə kol-kos və quru ot yanmışdır. Ərazidə olan kommunikasiyalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılımış 8 ədəd elektrik sayğacı yanmışdır. Mənzilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan anbarın içərisində yığılmış 1 kub metr sahədə yararsız taxta materiallar yanmışdır. Anbar yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağstafa rayonu, Ağgöl kənd bələdiyyəsinə məxsus ərazidə 50 ha sahədə quru ot yanmışdır. Digər otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qobustan rayonu, Şıxzahırlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan 1 mərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qax rayonu, Əmircan kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi və digər vətəndaşa məxsus fındıq bağının ərazisində 35 ədəd fındıq ağacları yanmışdır. Fındıq bağlarının qalan hissəsi yanğından muhafizə olunmuşdur. Yanğın saat 22:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lənkəran rayonu, Kərgəlan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümümi sahəsı 50 kv.m olan tövlənin dam örtüyünün yanar kanstruksiyaları 25 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Füzuli rayonunda (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ərazidə 20 ha sahədə quru ot yanmışdır. Yaxınlıqda olan ferma yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tərtər rayonunda “Qazel” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılmışdır. Nəticədə avtomobildə olan sərnişin sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:47-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:17-də başa çatmışdır.