Geri

01 sentyabr 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Topalhəsənli kəndində (rayon mərkəzindən 15 km aralı) kənd bələdiyyəsinə məxsus 7 ha sahədə quru ot və kol-kos yanmışdır. Ərazidəki ferma yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonunda (rayon mərkəzindən 48 km aralı, dağlıq ərazi) 20 ha sahədə kol-kos və quru ot yanmışdır. Ərazidə olan kommunikasiyalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində  quraşdırılımış 8 ədəd elektrik sayğacı yanmışdır. Mənzilər yanğından mühafizə olunmuşdur.  Yanğın saat 19:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan anbarın içərisində yığılmış 1 kub metr sahədə  yararsız taxta materiallar yanmışdır. Anbar yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Ağgöl kənd bələdiyyəsinə məxsus ərazidə 50 ha sahədə quru ot yanmışdır. Digər otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Şıxzahırlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan 1 mərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Əmircan kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi və digər vətəndaşa məxsus fındıq bağının ərazisində 35 ədəd fındıq ağacları yanmışdır. Fındıq bağlarının qalan hissəsi yanğından muhafizə olunmuşdur. Yanğın saat 22:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Kərgəlan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümümi sahəsı 50 kv.m olan tövlənin dam örtüyünün yanar kanstruksiyaları 25 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonunda (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ərazidə 20 ha sahədə quru ot yanmışdır. Yaxınlıqda olan ferma yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tərtər rayonunda “Qazel” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılmışdır. Nəticədə avtomobildə olan sərnişin sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:47-də başa çatmışdır. 

Geri

01 sentyabr 2015-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:17-də başa çatmışdır.