Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

02 sentyabr 2015-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda mənzildə 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. 

02 sentyabr 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından muhafizə olunmuşdur. Yanğın saat 10:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

02 sentyabr 2015-ci il saat 11:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi...

02 sentyabr 2015-ci il saat 09:45-dək, ilkin məlumata əsasən:

Qusar rayonu, Gündüzqala kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi və quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. 

02 sentyabr 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Neftçala rayonu, Kürkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün və bitişik ümumi sahəsi 5 kv.m olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Otaqlar yanğından mühafizə olunmuşdur...

02 sentyabr 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan rayonu, Şorsulu kəndində çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin suda batması haqqında məlumat daxil olmuşdur. Salyan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Rzayev Lazim...

01 sentyabr 2015-ci il saat 23:50-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu,Yuxarı Öyzüslü kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4.5 ton ot bağlamasının 2.5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı  tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

01 sentyabr 2015-ci il saat 18:30-dək, ilkin məlumata əsasən:

Şamaxı rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı ev sahibi əl-üz nahiyyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

01 sentyabr 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 kv.m sahədə, 1 otağın yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur...

01 sentyabr 2015-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr