Geri

03 avqust 2015-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Dəllər qəsəbəsində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ərazidə ümumi sahəsi 1000 kv.m olan tikilinin üzlüyü 100 kv.m sahədə və 300 kv.m sahədə kol-kos yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Qazangül qəsəbəsində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan tikilinin pəncərə çərçivəsi 2 kv.m sahədə və yol kənarında 70 kv.m sahədə kol-kos yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Çeyrankeçməz kəndində şirkətə məxsus avtomobilin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlara məxsus “LEXUS”, “LAND ROVER” və “ЗАЗ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus “ЗАЗ” markalı minik avtomobilinin yanar hissələri yanmış və sürücü A.Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində vəfat etmişdir. Digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv m olan kişi salonunun həyətində soyuducu, qaz sobası və rəf 2 kv.m sahədə yanmışdır. Salon yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Quşencə kəndində (rayon mərkəzindən 15 km aralı) bələdiyyəyə məxsus ərazidə 20 ha sahədə biçilmiş taxıl sahəsi və 5 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 avqust 2015-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:55-də başa çatmışdır.

Geri

03 avqust 2015-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda bir neçə avtomobilin toqquşması yanğınla nəticələnən yol-nəqliyyat qəzasına səbəb olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qəza nəticəsində Zaparoje markalı avtomobil deformasiyaya uğramış və yanmışdır. Avtomobilin sürücüsü Hüseynov Ağabala Baba oğlu hadisə yerində vəfat etmişdir. Xilasedicilər A.Hüseynovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:49-da başa çatmışdır.